Türkiyə yığmasının iki əsas futbolçusu ciddi zədə alıb
08.06.2008 - 13:06
Türkiyə yığmasının iki əsas futbolçusu ciddi zədə alıb
Bakı. Mehman Süleymanov – APA-Sport. XIII Avropa çempionatına (AÇ) məğlubiyyətlə başlayan Türkiyə yığması daha bir zərbə alıb. “APA-Sport” agentliyinin məlumatına görə, türkiyəlilər Portuqaliya yığmasına 0:2 hesabı ilə məğlub olduğu görüşdə iki mərkəz müdafiəçisi – Sərvət Çətin və Gökhan Zan zədələnib. Hər iki əsas heyət oyunçusunun iyunun 11-də İsveçrə yığması ilə görüşdə meydana çıxması sual altındadır.
İsveçrə yığmasının kapitanı Aleksandr Frayın ilk turda zədələnib. Çexiya ilə görüşdə zədələnən 29 yaşlı hücumçunun 6-7 yaşıl sahələrdən kənarda qalacağı bildirilir. Portuqaliya yığmasının qapıçısı Kim də məşqdə aldığı xəsarətə görə heyətdən kənarda qalıb. AÇ-ni buraxmalı olan daha bir futbolçu isə Rusiya yığmasının hücumçusu Pavel Poqrebnyakdır. Onun Serbiya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşündə aldığı zədə turnirin startınadək sağalmayıb. Hücumçu bu gün Almaniyanın Münhen şəhərinə cərrahiyyə əməliyyatına yollanır.
0