“Nitra” klubu Çexiya yığmasının sabiq məşqçisinə tapşırılıb
09.06.2008 - 09:40
“Nitra” klubu Çexiya yığmasının sabiq məşqçisinə tapşırılıb
Nitra. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunda rəqibi olan Slovakiyanın “Nitra”nın yeni baş məşqçisi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, bu posta Pavel Malura gətirilib. 38 yaşlı mütəxəssis Ostrava şəhərində anadan olub və futbolçu karyerası yerli “Vitkovitse” klubunda keçib. 2003-cü ilədək yeniyetmələrlə çalışan məşqçi Çexiyanın 16 və 17 yaşlılardan ibarət yığma komandalarına da rəhbərlik edib. Son 5 ildə P.Malura “Banik”, “Viktoriya”, “Sloveçko”, həmçinin Polşanın “Poqon” klublarında çalışıb.
Qeyd edək ki, “Neftçi” və “Nitra” klubları iyunun 21-də Bakıda, 28-də isə Slovakiyada qarşılaşacaq.
0