Türkiyənin “Zaman” qəzeti: Hakan Şükür Azərbaycan klubu ilə 3 milyon avroluq müqavilə bağlayıb
11.06.2008 - 10:11
Türkiyənin “Zaman” qəzeti: Hakan Şükür Azərbaycan klubu ilə 3 milyon avroluq müqavilə bağlayıb
Yazıda bildirilir ki, H.Şükür az öncə “Qalatasaray”ın prezidenti Adnan Polatın 5 illik müqavilə təklifini rədd edərək, Azərbaycanda oynamaq qərarına gəlib. Belə ki, “Xəzər-Lənkəran” rəhbərliyi 37 yaşlı futbolçunun 1 ilinə 3 milyon avro xərcləməyə hazırdır: “Hakan Şükür Azərbaycandan gələn təklifə müsbət cavab verib. Bu qərar onun həyat yoldaşını da razı salıb. Futbolçu artıq indidən Azərbaycanda yaşayacağı yeri və övladlarının təhsil alacağı məktəbi müəyyənləşdirməyə başlayıb”. Qəzetin iddiasına görə, H.Şükür daim türkdilli ölkələrdə futbolun inkişafına kömək etmək istəyini gizlətməyib. Bu mənada veteran hücumçu “Xəzər-Lənkəran”ın təklifi sayəsində arzusunu gerçəkləşdirə biləcək. Hətta H.Şükürün “İnanıram ki, Azərbaycan futbolunu da Avropa standartları səviyyəsinə qaldıracağıq” ifadəsini işlətdiyi də bildirilir.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın H.Şükürlə maraqlanması bu il mayın 30-da rəsmən elan olunub. Kapitanı olduğu “Qalatasaray”la 2007/08 mövsümündə Türkiyə çempionu tituluna yiyələnən futbolçu hazırda azad agentdir.
0