“Bakı”nın məşqçisi Bolqarıstanın “Vihren” klubu ilə müqavilə bağlayıb
25.06.2008 - 17:32
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” klubunun məşqçisi Bolqarıstanın “Vihren” komandası ilə anlaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, ötən mövsüm paytaxt təmsilçisində çalışan bolqarıstanlı Çudomir Çakarov bir vaxtlar futbolçu kimi çıxış etdiyi klubda işləyəcək. Az öncə “Bakı” ilə yollarını ayıran mütəxəssis ölkəmiz 2007-ci ilin oktyabrında
klubun baş məşqçisi Qyoko Hacievski tərəfindən dəvət olunmuşdu. Ç.Çakarov hələ “Vihren”də futbolçu kimi çıxış etdiyi vaxt komandanın baş məşqçisi Q.Hacievski idi. Fiziki hazırlıq üzrə Bolqarıstanın ən yaxşı məşqçilərindən sayılan Ç.Çakarov vətənində çalışacağından razı qalıb: “Çoxları mənim yenidən “Vihren”in məşqçilər korpusunda yer alacağıma sevinir. Mən bu təklifdənə imtina edə bilməzdim. Baş məşqçi Filip Filippovun telefon zənginə yox deməyim düzgün olmazdı. İnanıram ki, mövsüm ərzində görəcəyimiz iş komandamızın yaxşı nəticə göstərməsinə kifayət edəcək”.

- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
0
0