Azərbaycan milli komandası Almaniyada təlim-məşq toplanışı keçəcək
27.06.2008 - 16:01
Bakı Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması (U-17) Almaniyanın Münhen şəhərində təlim-məşq toplanışı keçəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu məqsədlə Bernard Lippertin rəhbərlik etdiyi kollektiv iyulun 13-də səfərə çıxacaq. Münhenə yollanacaq futbolçuların adları yaxın günlərdə açıqlanacaq. Səkkiz gün davam edəcək təlim-məşq toplanışı Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyacaq.
Qeyd edək ki, bu, cari ildə U-17-nin Almaniyaya ikinci səfəri olacaq. Yeniyetmə futbolçular apreldə Frankfurt şəhərində təlim-məşq toplanışı keçmişdilər.
Qeyd edək ki, bu, cari ildə U-17-nin Almaniyaya ikinci səfəri olacaq. Yeniyetmə futbolçular apreldə Frankfurt şəhərində təlim-məşq toplanışı keçmişdilər.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
0
0