“Neftçi” klubunun rəqibi əsas qapıçısını itirib
01.07.2008 - 13:34
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunun ikinci mərhələsində rəqibi olan Belçikanın “Jerminal” komandası qapıçı problemi ilə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Arm van Veldhoven əsas qapıçı Kenni Stipin xidmətindən məhrum olub. Dizində əməliyyat olunan 20 yaşlı qapıçı 3-6 həftəlik meydandan kənar qalacaq. “Jerminal”ın digər qapıçılarını əsas heyətdən sıxışdırıb çıxara bilən K.Stip Belçikanın olimpiya yığmasının da üzvü olduğundan, Yay Olimpiya Oyunlarında da iştirak edə bilməyəcək. Qeyd edək ki, K.Stip son mövsümdə “Jerminal”ın keçirdiyi 34 matçın 32-də əvəzlənmədən meydanda olub.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0