“Xəzər-Lənkəran” klubunun transfer etmək istədiyi Hakan Şükür sabah yekun qərarını açıqlayacaq
01.07.2008 - 14:40
Bakı. Aqşin Əliyev - APA-Sport. “Xəzər-Lənkəran” klubunun transfer etmək istədiyi türkiyəli futbolçu Hakan Şükür gələcək karyerası ilə bağlı qərarını sabah açıqlayacaq. “APA-Sport” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 37 yaşlı hücumçu son 16 ildə şərəfini qoruduğu “Qalatasaray” klubunun prezidenti Adnan Polatın təklifini cavablandıracaq. A.Polat veteran futbolçuya “Qalatasaray”ın futbol akademiyasında çalışmağı təklif edir. Bundan başqa, klub prezidenti H.Şükürün heykəlinin qoyulacağına söz verib. “Kral” ləqəbli futbolçu isə daha 1 il oynamaq istəyir. Hazırda onunla “Xəzər-Lənkəran”la yanaşı, ABŞ-ın “MetroStars”, Almaniyanın “Köln”, Fransanın “Nant” və Birləşmiş Ərəb Əmirliklərinin komandaları maraqlanırlar. Lakin H.Şükürün ABŞ-ın uzaqda yerləşməsini, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində isə futbolun səviyyəsinin aşağı olmasını əsas gətirərək, bu ölkələrdən gələn təklifləri rədd etdiyi bildirilir. Böyük ehtimalla, o, “Nant”la müqavilə bağlayacaq.
Qeyd edək ki, “Xəzər-Lənkəran” rəhbərliyi Hakan Şükürün 1 ilinə öncə 3 milyon, daha sonra 8 milyon dollar xərcləməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, “Xəzər-Lənkəran” rəhbərliyi Hakan Şükürün 1 ilinə öncə 3 milyon, daha sonra 8 milyon dollar xərcləməyə hazır olduğunu bəyan edib.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0