Saşa Yunisoğlu Kiyevin “Dinamo” klubuna qarşı oynayıb
                    
                    07.07.2008 - 13:26
                        
                    
                        
                        Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlunun çıxış etdiyi Polşanın “Qrotslin” klubu Avstriyada böyük hesabla uduzub. “APA-Sport” agentliyinin məlumatına görə, UEFA kubokundan kənarda qalan Polşa çempionatının bürünc mükafatçısı Avstriyadakı hazırlıq prosesində keçirdiyi yoxlama oyununda Kiyevin “Dinamo” klubuna 1:4 hesabı ilə yenilib. 23 yaşlı S.Yunisoğlu ikinci hissə başlayan kimi komanda yoldaşının əvəzinə meydana çıxıb. Fasiləyə hesabda 0:1 geridə yollanan polşalılar 55-ci dəqiqədə tarazlığı bərpa etsə də, sonradan üç qol buraxmaqla, meydanı məğlub tərk edib. 
Qeyd edək ki, “Qrotslin”in vurduğu qolun müəllifi Avro-2008-ə yollanan yeganə futbolçusu, hücumçu Radoslav Mayevski olub.
                    Qeyd edək ki, “Qrotslin”in vurduğu qolun müəllifi Avro-2008-ə yollanan yeganə futbolçusu, hücumçu Radoslav Mayevski olub.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                             
                                             
                                            