Azərbaycanı UEFA kubokunda təmsil edəcək komandanın futbolçusunu gün vurub
07.07.2008 - 15:28
Futbolçular gürcü legionerə süni tənəffüs verməklə, onu həyata qaytarıb. Hadisə Əsgər Abdullayevin gözü qarşısında baş verib. Baş məşqçi olaydan şoka düşsə də, özünü itirməyib: “Mixail mənimlə söhbət edirdi. Birdən gördüm ki, yerə yıxıldı. Yaxşı ki, futbolçular köməyinə gəldi. Beş-on dəqiqədən sonra birtəhər özünə gətirdik. Xəstəxanaya aparanda dedilər ki, futbolçunu gün vurub. Ondan əvvəl isə zəhərlənib”.
0
0