UEFA Azərbaycanın hakim-inspektorlarına təyinat göndərib
                    
                    08.07.2008 - 13:57
                        
                    
                        
                        Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektorlar Asim Xudiyevlə Murad Məmmədova növbəti təyinat gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlilərimiz UEFA kubokunun birinci təsnifat mərhələsinin ilk oyunlarda iş başında olacaqlar. A.Xudiyev MTZ-RİPO (Belarus) - “Jilina” (Slovakiya), M.Məmmədov “Spartak” (Slovakiya) – “VİT-Corciya” (Gürcüstan) görüşünə hakim-inspektor təyin edilib.
                        
                    
                    
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                             
                                             
                                            