“Olimpik” - “Voyvodina” görüşünü idarə etmək macarıstanlı Şandor Saboya tapşırılıb
                    
                    08.07.2008 - 15:17
                        
                    
                        
                        Bakı. Vüqar Xeyrullayev - APA-Sport. UEFA kubokunun birinci təsnifat mərhələsində Bakıda keçiriləcək “Olimpik” - “Voyvodina” (Serbiya) matçını macarıstanlı hakimlər idarə edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, iyulun 31-də saat 19:00-da başlayacaq qarşılaşmanın baş hakimi Şandor Sabo olacaq. Ona həmyerliləri Zolt Attila Şpisyak və Girq Rinq kömək edəcək. Görüşün dördüncü hakimi digər macarıstanlı Zoltan İvanyidir.
                        
                    
                    
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                             
                                             
                                            