“Bakı” sabah makedoniyalı hücumçu Georgi Xristovla müqavilə imzalayacaq
08.07.2008 - 16:23
“Bakı” sabah makedoniyalı hücumçu Georgi Xristovla müqavilə imzalayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubu Makedoniya yığmasının hücumçusu Georgi Xristovla sabah müqavilə imzalayacaq. Bu haqda “APA-Sport” agentliyinə klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, 32 yaşlı futbolçu ilə danışıqlar sabaha nəzərdə tutulub: “Xristov Bakıya bu gün gəldiyindən danışıqları sabah saxladıq. Onunla iki illik anlaşma nəzərdə tutulub”. Z.Məmmədov Moldova yığmasının üzvü olan 29 yaşlı müdafiəçi Aleksey Savinovun da məsələsinə sabah aydınlıq gələcəyini bildirib: “Komandamız Qubadakı hazırlıq prosesini başa vuraraq, bu gün Bakıya qayıdır. Savinovla da sabah danışıb aparıb, münasibətlərimizi rəsmiləşdirəcəyik. Eyni sözləri Nazim Süleymanova da aid etmək olar. Komandamızda işləməyi təklif etdiyimiz bu mütəxəssislər sabah rəsmən anlaşmaq fikrindəyik. “Bakı-2”ni çalışdıracaq Süleymanov əsas komandamızın makedoniyalı baş məşqçisi Qyoko Hacievskinin köməkçisi olacaq”
Qeyd edək ki, hazırlığın növbəti mərhələsini Sloveniyada keçirəcək “Bakı” iyulun 13-də bu ölkənin Ptuj şəhərinə iki həftəlik təlim-məşq toplanışına yollanacaq.
0