Azərbaycan futbol yığmalarının Avropa çempionatın seçmə qrup mərhələsində oyunlarının tarixi dəqiqləşib
15.07.2008 - 12:33
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 17 və 19 yaşadək qızlardan ibarət futbol üzrə milli komandalarının (U-17 və U-19) Avropa çempionatının ilkin seçmə qrup mərhələsindəki oyunlarının tarixi dəqiqləşib. “APA-Sport” agentliyinin məlumatına görə, öncə mübarizəyə VI qrupda yer alan U-19 qoşulacaq. Şamil Heydərovun rəhbərlik etdiyi kollektiv sentyabrın 25, 27 və 30-da müvafiq olaraq, Finlandiya, Çexiya və Şimali İrlandiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun bütün matçları Bakıda keçiriləcək. Reqlamentə əsasən, ilkin seçmə mərhələdə qruplarda ilk iki yeri tutan, eləcə də, üçüncü pillədə qərarlaşan komandalardan ən yaxşı nəticə göstərəni tur adlayacaq. Qitə birinciliyi 2009-cu il iyulun 13-dən 25-dək Belarusda olacaq.
U-17 isə İtaliyanın Verona şəhərinə səfər edəcək. Milli komandamız oktyabrın 7-də Fransa, bundan iki gün sonra meydan sahibləri və nəhayət, oktyabrın 12-də İslandiyanı sınağa çəkəcək. İlkin seçmə mərhələdə ümumilikdə, 40 komanda 10 qrupda yarışacaq. Qrup qalibləri və ən yaxşı göstəricilərlə ikinci yerdə qərarlaşmış 6 yığma ikinci seçmə mərhələyə yüksələcək.
Qeyd edək ki, hər iki komandamız qarşıdakı yarışlara hazırlıq məqsədilə sabah Rusiyanın Noginsk şəhərinə yollanacaq və beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

0
0