Azərbaycan milli komandasının baş məşqçisi dünya çempionatında seminar keçəcək
16.07.2008 - 17:50
Azərbaycan milli komandasının baş məşqçisi dünya çempionatında seminar keçəcək
Bakı. Aqşin Əliyev - APA-Sport. Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qustavo Enrike Zlokkovik Silva Fransanın Marsel şəhərinə yollanıb. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Çimərlik Futbolu Federasiyasının baş katibi Ceyhun Xəlilbəyli məlumat verib. Onun sözlərinə görə, Q.Silva sabah Marseldə start götürəcək çimərlik futbolu üzrə dünya çempionatı çərçivəsində bir sıra tədbirlərə qatılacaq. FİFA-nın təlimatçısı olan braziliyalı çalışdırıcı dünya birinciliyində iştirak edəcək yığmaların baş məşqçilərinə seminar keçəcək. Q.Silva Bakıya iyulun 19-da dönəcək.
Qeyd edək ki, yığmamız dünya çempionatının seçmə mərhələsini adlaya bilmədiyindən Marselə yollanmaqdan hüququndan məhrum olub.
0