İlqar Nuriyev: “Çox güman ki, “Gənclərbirliyi” sabah dağılacaq”
17.07.2008 - 17:06
İlqar Nuriyev: “Çox güman ki, “Gənclərbirliyi” sabah dağılacaq”
Sumqayıt. Mehman Süleymanov - APA-Sport. “Komandanın taleyinə sabah tam aydınlıq gələ bilər. Maksimum gələn həftənin ilk günündə klubumuzun fəaliyyət göstərib-göstərməyəcəyi bilinəcək”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Sumqayıtın “Gənclərbirliyi” klubunun prezidenti İlqar Nuriyev deyib. Onun sözlərinə görə, beş ildir təkbaşına himayədarlıq etdiyi komandanın aqibətinə qarşıdakı 3-4 gündə aydınlıq gələcək: “Məndən olsa, bu dəqiqə klubu buraxaram. Ancaq Sumqayıt İcra Hakimiyyəti şəhərin futbolsuz qalmamağını və “Gənclərbirliyi”ndə qalmağımı istəyir. İndi danışıqların nəticəsini gözləyirik. Ya sabah, ya da gələn həftənin bazar ertəsi bizə cavab deyiləcək. Biz də bundan sonra açıqlama verəcəyik. Ancaq bu gedişlə çox güman sabah dağılacağıq”.
0