200 manatlıq söyüş
09.09.2008 - 12:20
200 manatlıq söyüş
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. “APA-Sport”un məlumatına görə, Azərbaycan çempionatının birinci divizionunun ilk turunda baş verən xoşagəlməz olaylara hüquqi qiymət verən NİK klublara 520 manatlıq cərimə kəsib. “Şahdağ” - “Göyəzən” oyununda İlqar Hüseynovla Elxan Şahniyarov bir-birlərini təhqir etdiyi üçün hərəyə iki oyunluq cəzaya və 200 manatlıq cəriməyə məruz qalıb. “ANŞAD-Petrol”a kəsilən cərimənin məbləği 120 manat olub. Neftçala təmsilçisi futbolçuları nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığından 100, iki sarı vərəqə alaraq meydandan qovulan oyunçusu Xəyal Abbasova görə 20 manat xərcə düşüb.
0