Futbolçu “stavka” verərkən yaxalandı
09.09.2008 - 12:54
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyənin “İstanbul Böyükşəhər Bələdiyyəsi” klubunun futbolçusu İbrahim Akın at yarışlarına pul qoyarkən yaxalanıb. “APA-Sport”un məlumatına görə, türkiyəli oyunçunu İstanbuldakı ippodromda keçirilən beynəlxalq at yarışları festivalında görüblər. Yarış başlamazdan əvvəl ippodroma gələn İbrahim çapar Engin Karataş və onun dostları ilə görüşərək məsləhətlər alıb. Pul qoyuluşu üçün hazırlanan xüsusi kuponları dolduran Akının 314,33 yeni türk lirəsi həcmində para qoyduğu bildirilir.
Qeyd edək ki, bir neçə il əvvəl “Altay”dan “Beşiktaş”a transfer olunan İbrahim məhz atlara olan sevgisinin nəticəsində istəniləni verməyərək transferə çıxarılmışdı.
Qeyd edək ki, bir neçə il əvvəl “Altay”dan “Beşiktaş”a transfer olunan İbrahim məhz atlara olan sevgisinin nəticəsində istəniləni verməyərək transferə çıxarılmışdı.
0
0