Pele İrandan bir kisə pul istədi
15.09.2008 - 12:26
Bakı - APA-Sport. Əfsanəvi futbolçu Pelenin İrana səfəri baş tutmayıb. “APA-Sport”un məlumatına görə, buna 68 yaşlı braziliyalının Tehrana gəlmək üçün tələb etdiyi külli miqdarda pul səbəb olub. Peleni İrana “Perspolis” komandasının rəhbərliyi dəvət edib. Üçqat dünya çempionu bu səfər müqabilində 350 min ABŞ dolları istəyib. Ancaq Peleyə bu qədər pul vermək müşkül məsələyə çevrilib. Klubun yaydığı rəsmi bəyanatda belə deyilir: “Peleni “İstiqlal” - “Perspolis” derbisini izləmək üçün Tehrana dəvət etmişdik. Lakin maddi böhran keçirən komandamız ona istədiyi pulu verə bilmədi”.
- "Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
- Avropa Liqası: "Beşiktaş" meydana çıxır - YENİLƏNİR
- "Qalatasaray" gənc müdafiəçini istəyir – Meneceri ilə danışıqlar başladı
- Çempionlar Liqası: "Omoniya"dan minimalhesablı qələbə - YENİLƏNİB
0
0