Ərəb şeyxi Ronaldonu “tora saldı”
15.09.2008 - 15:42
Bakı. Mehman Süleymanov – APA-Sport. İkiqat dünya çempionu Ronaldo karyerasını İngiltərədə davam etdirəcək. “APA-Sport”un məlumatına görə, braziliyalı mənbələr 32 yaşlı hücumçunun artıq “Mançester Siti” ilə müqavilə məsələlərini razılaşdırdığını bildirir. Yazılanlara inansaq, yeni klubu ilə bir illik anlaşan Ronaldo yanvarda – Avropada “transfer pəncərəsi” açılan vaxtda İngiltərəyə köçəcək. “Yekədiş” klub rəhbərliyi ilə şəxsi müqavilənin detallarını müzakirə edib. Ronaldo ona təklif olunan müqavilənin şərtlərindən razı qalıb və gələn ilin əvvəlindən klubun şərəfini qorumağa hazırdır.
- "Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
- Avropa Liqası: "Beşiktaş" meydana çıxır - YENİLƏNİR
- "Qalatasaray" gənc müdafiəçini istəyir – Meneceri ilə danışıqlar başladı
- Çempionlar Liqası: "Omoniya"dan minimalhesablı qələbə - YENİLƏNİB
0
0