Premyer Liqanın oyunları parlamentdə müzakirəyə çıxarılacaq
16.09.2008 - 17:42
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Böyük Britaniya vətəndaşları futbol oyunlarına biletlərin qiymətlərindən narazıdır. “APA-Sport”un məlumatına görə, britaniyalılar arasında keçirilən sorğunun nəticələrinə əsasən bu qənaətə gəlmək olar. Respondentlərin 75 faizi futbol matçlarının onlar üçün kifayət qədər bahalı əyləncə növü olduğunu bildirib. Ümumilikdə, rəyi öyrənilənlərin 77 faizi bahaçılığın onların stadionlara daha çox getməsinə mane olduğunu bildirib. Böyük Britaniyanın Liberal Demokrat Partiyasının nümayəndəsi Don Foster azarkeşlərə müraciət edərək, biletlərin ucuzlaşdırılması məsələsinin ölkə parlamentində müzakirəyə çıxaracaqlarını vəd edib.
- Gözlənilən oldu: Qvardiola İtaliya millisinə "yox" dedi
- "Arsenal" yeni mövsüm səfər formalarını təqdim etdi - FOTO
- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
0
0