AFFA Avropa çempionatına qatılmaqdan imtina etdi
19.11.2008 - 11:33
Bakı. Aqşin Əliyev - APA-Sport. 17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan milli komandası (U-17) 2010-cu ildə İsveçrədə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinə qatılmaqdan imtina edib. Bu haqda “APA-Sport”a Qadın Futbolu Federasiyasının prezidenti Asim Xudiyev məlumat verib.
Onun sözlərinə görə, yarışdan imtinaya futbolçu məhdudluğu səbəb olub: “Bizdə bu yaş qrupu üzrə yığmanın formalaşması üçün problem yarandı. Nəticədə növbəti qitə birinciliyinin seçmə mərhələsində iştirak etməmək qərarına gəldik. Buna baxmayaraq, 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə oyunlarına qatılmağı nəzərdə tutmuşuq”.
Qeyd edək ki, indiyədək Avropa çempionatının seçmə mərhələsində 2 dəfə qüvvəsini sınayan U-17-nin cəhdləri uğursuz alınıb. Şamil Heydərovun rəhbərlik etdiyi kollektiv 2007-ci ilin payızında Hollandiya (0:2) və Polşaya (0:4) məğlub olaraq, Yunanıstanı üstələmişdi (2:1). Bu il İtaliyada gerçəkləşən seçmə oyunlarda isə milli komandamız qələbəyə həsrət qalmışdı (İtaliya 1:3, Fransa 0:6, İslandiya 0:0).

- “Beşiktaş”dan Salah açıqlaması: “Məsələ bizim üçün hələlik bağlanıb”
- DÇ-2026: Ən yaxşı qolun müəllifi BƏLLİ OLDU - VİDEO
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
0
0