Dmitri Kruqlov “Neftçi” klubundan niyə ayrılır?
30.01.2009 - 14:43
Bakının “Neftçi” klubunun futbolçusu Dmitri Kruqlov Estoniya yığmasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu fevralın 11-də Qazaxıstanla yoldaşlıq görüşünə çağırılan heyətdə yer alıb. Həmin qarşılaşma Türkiyənin Antalya şəhərində keçiriləcək. Hazırda “Neftçi”nin Antalya toplanışında olan Kruqlovun komandası ilə Bakıya qayıtmayacağı gözlənilir. O, yoldaşlıq oyunundan ən azı iki gün əvvəl yığmanın düşərgəsinə qatılmalıdır ki, həmin vaxtadək bakılılar toplanışı bitirəcək. Belə ki, “Neftçi” fevralın 8-də Bakıya qayıtmağı planlaşdırır.
Qeyd edək ki, Kruqlov Estoniya milli komandasında indiyədək keçirdiyi 38 matçda 1 qol vurub.
Qeyd edək ki, Kruqlov Estoniya milli komandasında indiyədək keçirdiyi 38 matçda 1 qol vurub.
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0