Azərbaycanda ehtiyatda qalan futbolçu Ermənistanda!
02.02.2009 - 16:17
Bakının “İnter” klubunun sabiq qapıçısı Oleq Ostapenko karyerasını Ermənistanda davam etdirmək fikrinə düşüb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı ukraynalı futbolçu İrəvan təmsilçisi “Banants”ın düşərgəsinə yollanıb. Son illərdə vətənində Poltavanın “Vorskla” komandasında çıxış edən Ostapenko Ermənistanda baxışdadır.
Ostapenko 2006-cı ildə “İnter”in sıralarında olub. Ancaq Oleq bir il müddətində cəmi bir oyunda meydana çıxıb. Ölkəmizdə legioner limitinin əziyyətini çəkən, Fərhad Vəliyevin əvəzləyicisi olan ukraynalı Sumqayıtın “Gənclərbirliyi” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz heç-heçə nəticələn oyunda 90 dəqiqə qapını qoruyub.

- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
0
0