Azərbaycan çempionun futbolçusu ermənilərlə oyuna hazırlaşır
03.02.2009 - 13:03
Bakının “İnter” klubunun futbolçusu Andrey Rubin Litva yığmasına çağırılıb. Bu haqda apasport.az saytına məlumat verən “İnter”in baş məşqçisi Valentin Xodukin 31 yaşlı yarımmüdafiəçinin milli komandaya dəvət olunması ilə bağlı rəsmi məktub aldıqlarını bildirib.
Ukraynalı mütəxəssisin sözlərinə görə, Rubinin oynaması ilə başqa problem ortaya çıxıb: “Məsələ ondadır ki, Andrey “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin yarımfinalında aldığı zədədən sonra hələ də sıraya dönməyib. Dabanından xəsarət alan futbolçu artıq 10 gündür komandanın hazırlığından kənarda qalıb. Hələ də fərdi məşq edən Rubin toplu çalışmalardan kənarda qalıb, daha çox qaçır. Latviyalı məşqlərini intensivləşdirməklə, milli komandasının oyununa hazır olmağa çalışır. Rubinin buna nə dərəcədə nail olacağını zaman göstərəcək”.
Qeyd edək ki, cari mövsümdən “İnter”də çıxış edən Rubin cari seçmə mərhələdə hər dörd oyunda iştirak edib. İlk iki görüşdə sonradan meydana çıxan latviyalı sonrakı matçları əvəzedilmədən keçirib. Andreyin yığmada qarşıdakı oyunu isə Ermənistan milli komandasına qarşıdır. Fevralın 11-də keçiriləcək həmin matç yoldaşlıq görüşü olacaq.

- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
0
0