Türkiyə mətbuatı “Xəzər-Lənkəran”ın adını təhrif etdi
03.02.2009 - 13:33
Türkiyənin “Bizim Kocaeli” qəzeti “Kocaelispor”un sabiq futbolçusu Əhməd Dursunun “Xəzər-Lənkəran” klubuna transfer olması ilə bağlı xəbər yayıb. Apasport.az saytının məlumatına görə, iki cümləlik xəbərdə 2 kobud səhv buraxan türklər hətta “Xəzər-Lənkəran”ın adını təhrif ediblər. Qəzetin İnternet variantında – bizimkocaeli.com.tr saytında klubun adı “Lakeren” kimi göstərilib. Bundan başqa, müəllif müqavilənin müddətini də düzgün yazmayıb.
Xəbəri olduğu kimi təqdim edirik: “Kocaelispor”un heyətindən uzaqlaşdırıldıqdan sonra Yunanıstanın “Ksanti” komandası ilə danışıqlar aparan, lakin maddi məsələlərdə razılığa gələ bilməyən Əhməd Dursun Azərbaycanın birinci liqasında mübarizə aparan “Lakeren” ilə anlaşdı. Əhməd Dursunun “Lakeren” ilə 1,5 illik razılaşmaya imza atdığı bildirilir”
Qeyd edək ki, “Xəzər-Lənkəran” 31 yaşlı hücumçu ilə münasibətləri dünən rəsmiləşdirib. Əhməd ölkəmizdə cari mövsümün sonunadək oynamaq istədiyindən, razılaşmanın müddəti bir neçə aylıqdır.

- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
0
0