“Simurq” Zaqatalaya qayıtmaq istəmir
03.02.2009 - 14:37
Zaqatalanın “Simurq” klubunun hazırlıq planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının ikinci dövrəsinə Gürcüstanda hazırlaşan zaqatalalılar təlim-məşq toplanışının vaxtını uzadıb. Belə ki, "Simurq" rəhbərliyi və məşqçi heyətinin birgə qərarı ilə "sarı-qaralar" qonşu ölkədə daha bir həftə qalacaq. Əvvəldən planlaşdırıldığı kimi, fevralın 7-dək qədər deyil, 14-ə qədər Tiflisdə məskunlaşacaq komandamız ikinci dövrənin ilk turunun "Turan"la oyuna da birbaşa oradan yollanacaq. Bu addım Gürcüstanla Tovuz arasında olan məsafənin azlığına görə atılıb. Belə ki, futbolçuların Tiflisdən Zaqatalaya, oradan da Tovuza kifayət qədər uzun məsafə qət etməsi məqsədəuyğun sayılmayıb.
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
0
0