Rəqibini vuran futzalçıya 10 manat cərimə
03.02.2009 - 15:32
AFFA-nın Nizam İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, NİK futzal üzrə ölkə kuboku və həvəskarların birinciliyində qeydə alınan xoşagəlməz hadisələri müzakirə edib.
Azərbaycan kubokunun iştirakçılarından üçü cəzalandırılıb. “Azmetko” ilə oyunun 40-cı dəqiqəsində rəqibini təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarılan “Neftçi”nin futzalçısı Rüfət Balakişiyev 2 oyunluq kənarlaşdırılıb və klub 10 manat cərimə olunub. “Timsport”la görüşün 4-cü dəqiqəsində rəqibini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarılan “Olimp”in futzalçısı Behnam İsmayılovun da cəzası eyni olub. “Sumqayıt”la qarşılaşmanın 38-ci dəqiqəsində əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulan PSL komandasının oyunçusu Rüfət Quliyev 1 oyunluq kənarlaşdırılıb.
Həvəskar komandalar arasında futzal üzrə Azərbaycan birinciliyinin “İnteqral” – “Timsport” matçının 47-ci dəqiqəsində Muxtar İsmayılov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu hərəkətinə görə “Timsport”un oyunçusu 2 oyunluq kənarlaşdırılıb.

- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
0
0