“Bakı” Avstriya təmsilçisinə qalib gəldi
04.02.2009 - 10:32
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Bakı” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, makedoniyalı baş məşqçi Qyoko Hacıyevskinin yetirmələri Avstriyanın “Parndorf” komandası ilə matçda qüvvəsini sınayıb və rəqibini 2:1 hesabı ilə məğlub edə bilib.
Qeyd edək ki, “Parndorf” Avstriya çempionatının üçüncü dəstəsi sayılan Şərq regional liqasında mübarizə aparır. Erste Liqa adlanan ikinci dəstəyə yüksəlmək üçün öz zonasında birinci yeri tutmalı olan “Parndorf” birinci dövrədə keçirdiyi 15 matçdan sonra 29 xalla dördüncü pillədə qərarlaşıb və liderdən 6 xal geri qalır.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0