Azərbaycan futbolunda legioner limiti ləğv olunmayacaq
04.02.2009 - 13:06
Bu gün AFFA prezidenti Rövnəq Abdullayev klub rəhbərləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında keçirilən toplantıya Premyer Liqa təmsilçilərinin rəhbər şəxsləri qatılıb. Görüşdə ölkə futbolunun inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib. Klubların ikinci dövrəyə hazırlıq planları, hakimliklə bağlı məsələlərə də toxunulub. Əsas müzakirə obyektlərindən biri də legioner limiti ilə bağlı olub. Müzakirələr nəticəsində əcnəbi futbolçulara qoyulan limitin ləğv olunmasının növbəti mövsüm üçün də qüvvədə qalması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, limitin ləğv olunması cari mövsümdən tətbiq olunur.
Qeyd edək ki, limitin ləğv olunması cari mövsümdən tətbiq olunur.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0