“Olimpik” Zeynal Zeynalovla güclənmək fikrinə düşüb
04.02.2009 - 15:40
Azərbaycan yığmasının futbolçusu Zeynal Zeynalov üç klubun maraq dairəsindədir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçi ilə “Qəbələ”, “Olimpik” və “Bakılı” komandaları maraqlanır. Bu klublar Zeynalova ilkin təkliflərini edib. Bir müddət əvvəl Salyanın “Muğan” klubundan kənarlaşdırılan Zeynal hələ ki, onların heç biri ilə danışıqlara başlamayıb.
Qeyd edək ki, Zeynalov cari mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 9 matçda (765 dəqiqə) 1 qol vurub. Ümumilikdə isə Zeynalov ölkə çempionatlarında 120 oyuna 10 qol vurub.
Qeyd edək ki, Zeynalov cari mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 9 matçda (765 dəqiqə) 1 qol vurub. Ümumilikdə isə Zeynalov ölkə çempionatlarında 120 oyuna 10 qol vurub.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0