“Standard” - “Vaslui” - 1:1
04.02.2009 - 23:46
Azərbaycan Premyer Liqasının ikinci dövrəsinə Türkiyənin Antalya şəhərində hazırlaşan “Standard” təlim-məşq toplanışı çərçivəsində bu gün son yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Badri Kvaratsxeliyanın rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Vaslui” komandası ilə qarşılaşıb.
Birinci hissəni rumıniyalıların aktivinə yazmaq mümkündür. Çünki onlar fasiləyə hesabda 1:0 öndə yollanıblar. Buna baxmayaraq, fasilədən sonra “Standard” təzyiqi artırıb və Rodrigo dos Santosun sayəsində tarazlığı bərpa edib. Görüş elə bu hesabla nəticələnib.
Qeyd edək ki, “Vaslui” ötən il İntertoto kubokunun üçüncü mərhələsində “Neftçi” ilə oyunlardan azərbaycanlı futbol həvəskarlarına tanışdır. Flaqman məhz “Vaslui”yə ümumi hesabda uduzduğundan (2:1; 0:2) UEFA kubokuna vəsiqə qazana bilməmişdi.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0