Foqts tərifləsə də, Qomeşə təklif gəlməyib
05.02.2009 - 01:20
Fevralın 1-də Dubayda oynanılan Azərbaycan - Özbəkistan (1:1) matçından sonra milli komandamızın baş məşqçisi Berti Foqts yetirmələri arasında daha çox Leandro Qomeşi fərqləndirmişdi. Almaniyalı mütəxəssis Qomeşin dövrələrarası fasilədə öz üzərində çox çalışdığını bildirərək, onu tərifləmişdi. Foqts hətta 2-3 klubun hücumçu ilə maraqlandığını bildirmişdi.
Lakin Bakının “Olimpik” klubunun da şərəfini qoruyan braziliyalı futbolçu apasport.az saytına açıqlamasında heç bir təklif almadığını söyləyib: “Hazırda yığanın tərkibində təlim-məşq toplanışındayam. Hələlik mənə konkret təklif gəlməyib”.
Qomeş vurğulayıb ki, təklif alacağı təqdirdə, variantları götür-qoy edəcək: “Əgər təklif olarsa, fikirləşməyə dəyər. Mən özümü xarici klublarda oynamağa hazır hesab edirəm”.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0