Yığmamızın rəqibinə futbol dərsi keçdilər
05.02.2009 - 10:52
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplantısında olan Azərbaycan milli komandasının fevralın 7-də qarşılaşacağı Çexiyanın “Slaviya” klubu növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, yığmamızla görüş ərəfəsində son sınağa çıxan Praqa təmsilçisi Ukraynanın “Metallist” klubu ilə qüvvəsini sınayıb. UEFA kubokunda Türkiyənin “Beşiktaş” və “Qalatasaray” komandalarını məğlub edən ukraynalılar “Slaviya”ya da yerini göstərib. Millimizin rəqibi artıq ilk hissədə buraxdığı üç cavabsız qolla darmadağın olub. Oyundan sonra çexiyalıların baş məşqçisi Karel Yarolim bu matçın onlara dərs olduğunu etiraf edib.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0