AFFA “Gəncə”nin fəaliyyətini bərpa etdi
05.02.2009 - 19:16
Gəncə Futbol Federasiyasının prezidenti Xanlar Fətiyev bu gün ictimaiyyətə təqdim olunub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, təqdimetmə mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov və Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov iştirak edib. Məmmədovla Cavadov bu məqsədlə Gəncəyə işgüzar səfərə yollanıb. Tədbirdən sonra mətbuat konfransı keçirilib. AFFA rəhbərliyinin apardığı danışıqlar nəticəsində Gəncə şəhərində futbol klubunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq əldə edilib.
Qeyd edək ki, Gəncəni uzun müddət “Kəpəz”, sonradan “Gəncə” adlanan komanda təmsil edib. Artıq üç mövsümdür bu şəhər nəinki güclülər, heç birinci dəstədə də təmsil olunmur. Komandanın dağılmasına səbəb maliyyə problemidir.
Qeyd edək ki, Gəncəni uzun müddət “Kəpəz”, sonradan “Gəncə” adlanan komanda təmsil edib. Artıq üç mövsümdür bu şəhər nəinki güclülər, heç birinci dəstədə də təmsil olunmur. Komandanın dağılmasına səbəb maliyyə problemidir.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0