Təzə klub yarandı: “Şalvarspor” - FOTOSESSİYA
06.02.2009 - 22:15
Türkiyədə yeni futbol klubu yaradılıb. Apasport.az saytının məlumatına görə, bu komandanın əvvəlkilərdən çox böyük fərqi var. Klubun həm heyəti, həm də adı qeyri-adidir.
Mersin şəhəri yaxınlığında yerləşən Silifke qəsəbəsinin Kabasakallı kəndində təsis olunan komandanın adı “Şalvarspor”dur. Özü də heyətdə yer alan hər 14 futbolçu qadındır. Kəndin 40-50 yaşlı qadınlarından qurulmuş komanda həftədə bir gün öz aralarında “narıncılar”a və “mavilər”ə bölünərək, oynayırlar.
Onlar məhz şalvarla futbol oynadıqlarından özlərinə “Şalvarspor” adını seçiblər. Matçlar çox böyük maraqla izlənilir. Komandanın üzvü Zeynəb Bulut “Şalvarspor”un yaradılmasında əsas məqsədi belə izah edib: “Bizim məqsədimiz kişilərin qadınların futbol oynaya bilməmələri barədə fikirlərinin doğru olmadığını, zərif cins nümayəndələrinin də bu idman növünü uğurla oynadıqlarını sübuta yetirməkdir”.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0