Kaxaber Sxadadze Azərbaycan yığmasına qarşı
07.02.2009 - 13:05
2011-ci ildə Danimarkada keçiriləcək Avropa çempionatının seçmə oyunlarına hazırlıq məqsədilə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası (U-21) Gürcüstana yollanacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri qonşu ölkədə yoldaşlıq oyunu keçirəcəklər.
Gənc futbolçularımız gürcü həmyaşıdları ilə fevralın 25-də qarşılaşacaqlar. U-21-in Gürcüstanla hansı stadionda oynayacağı və matçın başlanma vaxtı hələ dəqiqləşməyib.
Qeyd edək ki, yığmamızın rəqibini Bakının “Standard” klubunun sabiq baş məşqçisi Kaxaber Sxadadze çalışdırır. Ötən ay bu posta təyinat alan mütəxəssis elə Gürcüstan komandasından aldığı dəvətə görə “Standard”dan ayrılıb.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0