Rusiya - Azərbaycan matçı üçün 60 000 bilet satışa çıxarılacaq
08.02.2009 - 22:35
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Rusiya və Azərbaycan futbol yığmaları arasında keçiriləcək oyun üçün 60 000 bilet satışa çıxarılacaq. Apasport.az saytının məlumatına görə, ən ucuz biletlər 150 rubla (təxminən 4 manat) satılacaq.
VİP biletlərinin qiyməti isə 2000 - 8000 rubl (45-175 manat) arasında dəyişəcək. Rusiya Futbol İttifaqı AFFA-ya 7000 bilet ayıracaq. Bundan başqa, stadionun B tribunası bütövlükdə Rusiya Azarkeşlər Birliyinə veriləcək.
Qeyd edək ki, Rusiya - Azərbaycan qarşılaşması martın 28-də Moskvanın 84 745 tamaşaçı tutumuna malik “Lujniki” stadionunda keçiriləcək.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0