Georgi Adamiyaya iki beş!
09.02.2009 - 18:56
“Bakı” klubunda 55 nömrəli formanı Georgi Adamiya geyinəcək. Apasport.az saytının məlumatına görə, paytaxtın eyni adlı komandası gürcüstanlı futbolçunun məxsus olduğu “Neftçi”yə ödəniləcək məbləğ barədə həmşəhərliləri ilə qarşılıqlı razılığa gəlib. Artıq transferi həll olunan yarımmüdafiəçi ilə 6 ay + 6 ay müddətli müqavilə imzalanacaq.
Klubun rəsmi internet saytına açıqlamasında Adamiya karyerasının Azərbaycandakı ikinci dönəmində də uğur qazanmaq istədiyini bildirib: “Bakı” klubu ilə tam anlaşma əldə etdik. 6 ay bu komandanın şərəfini qoruyacağam. Yaxın günlərdə 6 + 6 ay müddətli rəsmi müqavilə imzalayacağıq. Bütün şərtləri müzakirə etdik və tam anlaşma əldə olundu. Artıq karyerama “ikinci nəfəs” gəlir. Peşəkar oyunçu kimi, “Bakı”nın layiqli mövqelərə yüksəlməsində, Avropa miqyaslı yarışlarda uğur qazanmasında əlimdən gələni etməyə hazıram”.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0