Elçin Cəfərova 3 qol vurdular
10.02.2009 - 13:53
Azərbaycan Premyer Liqasının ikinci dövrəsinə hazırlaşan MOİK və “Qəbələ” klubları arasında bu gün “Şəfa” stadionunda yoxlama matçı keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma dövrələrarası fasilədə hər iki komanda üçün son hazırlıq oyunu olub.
İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Qəbələ” 3:0 hesablı qələbə qazanıb. Ramiz Məmmədovun yetirmələrindən Kənan Kərimov (2 dəfə) və Fərzad Hatəmi fərqlənib.
MOİK-ə gəlincə, ordu klubunda qapıçı problemi həllini tapıb. “Hərbçilər” “Karvan”ın qapıçısı Elçin Cəfərovu 6 aylığa icarəyə götürüblər. Cəfərov “Qəbələ” ilə oyunda debüt edib.
Qeyd edək ki, MOİK 3 gün öncə də “Xəzər-Lənkəran”la yoxlama matçında 0:3 hesablı məğlubiyyətə düçar olmuşdu.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0