“Kocaelispor”un həkimi: Rəşad Sadıqov “Kayserispor”a qarşı oynayacaq
11.02.2009 - 11:55
“Rəşadın ağrılarının əzələ gərilməsindən qaynaqlandığını müəyyənləşdirdik. Buna uyğun müalicə nəticəsində problem aradan qaldırıldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Kocaelispor” klubunun həkimi Cem Ergenc deyib.
O, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun növbəti turda meydana çıxa biləcəyini söyləyib: “Sadıqovun məşqləri davam etdirməsi hər şeyin arxada qaldığını təsdiqləyir”.
Yeni klubunda keçirdiyi ilk iki matçda – “Hacettepe” və “Gənclərbirliyi”nə qarşı görüşlərdə xoş təsir bağışlayıb, bel ağrılarından “Sivasspor”la matça çıxmayan 27 yaşlı müdafiəçinin durumu Kocaeli mətbuatının da diqqət mərkəzindədir. Həmkarlarımız həkim nəzarəti altında 40 dəqiqəlik qaçışla zədədən sonrakı hazırlıqlara başlayan Rəşadın “Kayserispor”la görüşdə meydana çıxacağını iddia edir.
Onların fikrincə, müdafiəçi sabiq komandası ilə görüşdə də “Kocaelispor”a kömək edə biləcək.
Qeyd edək ki, “Kocaelispor” – “Kayserispor” oyunu fevralın 15-də keçiriləcək.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0