“Azərbaycan milli komandası qorxunc rəqib deyil”
11.02.2009 - 15:10
“Qus Hiddinkin Rusiya yığması ilə yanaşı, “Çelsi”də də çalışmasından milli komandaya ziyan dəyməyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Futbol İttifaqının (RFİ) vitse-prezidenti Sergey Kapkov deyib.
Milli Futbol Akademiyasının rəhbəri olan funksioner yığmanın baş məşqçisi Qus Hiddinkin “Çelsi”də də çalışmağının Azərbaycanla oyuna təsir etməyəcəyini düşünür: “Onun yalnız mövsümün sonunadək “Çelsi”də çalışacağını yaxşı başa düşürük. Bu müddətdə isə yığmamız yalnız iki komanda – Azərbaycan və Lixtenşteynlə qarşılaşacaq. Hər iki komandaya hörmətim olsa da, onlar qorxunc rəqib deyil. Belə komandalarla görüşlərdə Hiddinkin minimal iştirakı ilə də keçirmək olar. Çünki artıq komanda qurulub”.
Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsinin Rusiya – Azərbaycan oyunu martın 28-də Moskvada keçiriləcək.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0