“Xəzər-Lənkəran” titul sponsorunu dəyişdi
12.02.2009 - 12:27
“Xəzər-Lənkəran”ın yeni futbolçularının Azərbaycan Premyer Liqasının ikinci dövrəsində hansı nömrəli formanı daşıyacağı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, türkiyəli legionerlər Əhməd Dursun 6, Fatih Sonkaya 4 nömrəni daşıyacaq. İsveçli Nadir Bençena isə nəhs - 13 nömrəli formanın sahibinə çevrilib. Əhməd “Simurq”a icarəyə verilən Füzuli Məmmədovun nömrəsini ələ keçiribsə, digər iki legioner boş qalan rəqəmə üstünlük verib.
Komandanın düşərgəsində baxışda olan ukraynalı Oleq Kovalenko isə könlünü 99-a verib.
“Xəzər-Lənkəran” titul sponsorunu da dəyişib. Futbolçularımız bundan sonra yaxasında indiyədək olduğu kimi, “Palmali” yox, “PalSüd” yazılmış futbolkalarda çıxış edəcəklər.
Qeyd edək ki, “Xəzər Lənkəran” baş sponsoru “Palmali” Şirkətlər Qrupudur.

- “Çelsi”yə ağır cəza: transfer qadağası və 10 milyonluq cərimə
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
0
0