“Lex” Bakıya aşpazla gəlir
10.07.2010 - 00:03
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq “Lex” Azərbaycana geniş nümayəndə heyəti ilə gələcək. Apasport.az saytının məlumatına görə, Polşa çempionu Bakı səfəri üçün xüsusi olaraq aşpaz da sifariş edib.
Bu, poznanlıların əksər vaxtlarda bir araya gəldiyi “Tvardovski” oteli ilə əməkdaşlıq sayəsində mümkün olub. Adıçəkilən mehmanxananın aşpazı Martin Rozanski Bakıda da “Lex”ə xidmət etməyə razı olub. O, ölkəmizə hər mənada hazır – lazım olan ərzaqlarla gələcək.
Qeyd edək ki, “İnter” – “Lex” oyunu iyulun 13-də keçiriləcək.

0
0