Rauf Mehdiyevi təəccübləndirən qol
30.12.2010 - 14:06
“2010-cu il yaddaqalan oldu. Hər şeydən əvvəl yığmamızın Türkiyə millisi üzərindəki qələbəni qeyd etmək istəyirəm. Komandamız bir daha sübut etdi ki, Azərbaycanda da futbol oynamağı bacarırlar. Eyni zamanda, digər idman növlərində də idmançılarımız yaxşı nəticələr qazanıb, bayrağımızı yüksəltdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun qapıçısı Rauf Mehdiyev deyib.
Sabah sonuncu gününü yaşayacağımız 2010-cu ili dəyərləndirən qolkiper Türkiyə zəfərindən ağızdolusu danışıb. O, geriyə boylanarkən təəssüfləndiyi məqamların olduğunu da bildirib. 34 yaşlı futbolçu, xüsusilə “Bakı”ya 0:2 hesablı məğlubiyyət zaman braziliyalı hücumçu Jabanın vurduğu topun tora necə daxil olduğuna görə təəccüblənib: “Jabanın vurduğu ikinci qol zamanı səhvim yox idi. Sadəcə, həmin epizoddan topun tora necə daxil olduğuna təəccübləndim. Baxdım ki, artıq top qapıdadır”.
31 - Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti də həmkarlarını təbrik edən Mehdiyev futbol ictimaiyyətinin həmrəy olduğu qənaətindədir: “Əvvəla hamını təbrik edir, yeni ildə uğurlar arzulayıram. Məncə, futbol ictimaiyyəti həmrəydir”.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0