Vəli Qasımov: Onlar bizim üçün Rusiyada 4 futbolçu tapdı
04.01.2011 - 12:21
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) baş məşqçisi Vəli Qasımov seleksiya işindən razı qalıb. Apasport.az saytının məlumatına görə, ötən ilin sonunda U-19-un sükanı arxasına gətirilən 43 yaşlı çalışdırıcı Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIII beynəlxalq turnirin debütündə Ukrayna ilə 1:1 hesablı bərabərliklə oyundan sonra təkcə futbolçularına göstərdiyi əzmkarlığa görə yox, həm də seleksiyaçılara minnətdarlıq edib: “Seleksiyaçılara gördükləri yaxşı işə görə təşəkkür etmək istəyirəm. Onlara burada, Sankt-Peterburq şəhərində bizə əsas heyətin 4 futbolçusunu tapdılar. Biz həmin futbolçulara gələcəkdə də bel bağlamaq istərdik”.
Qeyd edək ki, Qasımov milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun köməkçisidir.
Qeyd edək ki, Qasımov milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun köməkçisidir.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0