“Bakı”ya “atan” futbolçu Ramiz Məmmədovun komandasında
06.01.2011 - 00:11
“Bakı”nın sabiq futbolçusu Svetan Çurlinov Ramiz Məmmədovun çalışdırdığı “Atırau” klubunun düşərgəsindədir. Apasport.az saytının xəbərinə görə, az öncə Qazaxıstan təmsilçisinin baş məşqçisi təyin edilən həmyerlimiz komandanı gücləndirmək məqsədi ilə bir neçə futbolçunu baxışa çağırıb.
Antalyada təlim-məşq toplanışında olan “Atırau”nun düşərgəsinə bir vaxtlar “Bakı”nın formasını geyinmiş, daha doğrusu paytaxt klubuna “atmış” makedoniyalı hücumçu da qoşulub. İndi o, həmyerlimizin etimadını doğrultmalıdır.
Qeyd edək ki, 2008-ci ildə “Bakı”ya Qyoko Hacıyevskinin dəvəti ilə gələn hücumçu sonradan ölkəsinin U-21 yığma komandasına dəvət edilib. Bundan istifadə edərək vətəninə yollanan futbolçu müqaviləsi olmasına baxmayaraq, geri dönməkdən imtina edib. “Bakı” rəhbərliyi bununla bağlı Makedoniya Futbol Federasiyasına, daha sonra UEFA-ya rəsmi müraciət etsə də, bir faydası olmamışdı. Nəticədə onunla imzalanmış müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Çurlinov ölkə kubokunu də nəzərə alsaq, “Bakı”nın heyətində 3 oyun keçirib.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0