“Xəzər Lənkəran” çempionla gücləndi
06.01.2011 - 22:07
“Xəzər Lənkəran” qış fasiləsində daha bir futbolçunu sıralarına qatıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi “İnter-2”dən Anar Qasımovla müqavilə bağlayıb. Yarımmüdafiənin sağ və ya sol cinahında oynayan 22 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2 illikdir.
Qasımov futbolçu karyerasını “İnter-2” yeniyetmə komandasında başlayıb və həmin heyətdə Azərbaycan çempionu titulunu qazanıb. Daha sonra “Simurq”da, “ABN Bərdə”də və “Qəbələ”də oynayıb. “Xəzər Lənkəran”a keçməzdən əvvəl isə futbolçu 1 mövsüm MOİK-in şərəfini qoruyub. Həmçinin, 2008-2010-cu illərdə Azərbaycanın olimpiya yığmasının üzvü olub.
Xatırladaq ki, “Xəzər Lənkəran” Qasımovdan öncə Elnur Abdullayevi “Muğan”dan transfer edib.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0