Berti Foqts yeni siyahıya salınmadı
07.01.2011 - 11:59
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ilk 10 ilinin ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, London “Arsenal”ının baş məşqçisi Arsen Venger 2001-10-cu illər üçün sıralamada 1-ci olub.
1996-cı ildən bu postda olan fransız 156 balla hamını qabaqlayıb. “Mançester Yunayeted”in şotlandiyalı baş məşqçisi Aleks Ferqyuson 2-ci (148), “Real”ın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo 3-cü (135) olub.
176 nəfərlik siyahıda bizlərlə, konkret “Bakı” klubuna bağlı məşqçilər də var. Komandanın yollarını ayırmaq fikrində olduğu almaniyalı baş məşqçi Vinfred Şafer 22 balla 57-dir. “Bakı”nın onu postda əvəzləmək istədiyi Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov 19 balla siyahıda 64-cü yerdə qərarlaşıb.
Latviyalı çalışdırıcı Fatih Terim, Klaudio Ranyeri, Valeri Qazzayev, Roy Hocson, Bora Milutinoviç kimi tanınmış mütəxəssisləri qabaqlayır.
Qeyd edək ki, Şaferin həmyerlisi, millimizin almaniyalı baş məşqçisi Berti Foqts ötən əsrdən fərqli, bu dəfə siyahıya düşməyib.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0