“İnter” “Manisaspor”la heç-heçə oynadı - YENİLƏNİB
07.01.2011 - 20:55
Antalyada təlim-məşq toplanışında olan “İnter” bu gün ilk yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, Türkiyə Supeliqasında mübarizə aparan “Manisaspor”la oyunda qapılara 2 top vurulub.
2011-ci ildə ilk qarşılaşmasını keçirən “bankirlər” ilk hissədə məğlub duruma düşüblər. Amma matçın sonlarında Elnur Abdulovun qolu ilə Azərbaycan çempionu tarazlığı bərpa edib.
Qeyd edək ki, Kaxaber Sxadadzenin yetirmələri yanvarın 9-da Türkiyənin Bank Asiya liqa təmsilçisi “Altay”, 11-də isə Albaniyanın yüksək liqa təmsilçisi “Skenderbeu” ilə qüvvəsini sınayacaq. “İnter” yanvarın 13-də hazırlığını bitirərək, “Birlik kuboku”na Türkiyədən yollanacaq.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0