Yozef Blatter: Dünya çempionatı qışda keçirilsin!
07.01.2011 - 18:40
FİFA prezidenti Yozef Blatter Qətərdə startı verilən Asiya kuboku öncəsi keçirdiyi mətbuat konfransında maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun başçısı 2022-ci ildəki dünya çempionatının qışda keçirilməsi ideyasını dəstəkləyib: “Ümid edirəm ki, həmin turnir qış vaxtında keçiriləcək. Bu məsələni öyrənmək üçün vaxtımız çoxdur. Qarşıda hələ 11 il var, ancaq biz dünya çempionatının uğurla keçirilməsi üçün daha münasib vaxt tapmalıyıq. Bu isə ya dekabr, ya da yanvardır. Biz futbolda ilk növbədə əsas simaların – futbolçuların müdafiəsini təmin etməliyik”.
Qeyd edək ki, dünya çempionatları həmişə yayda keçirilsə də, FİFA-nın DÇ-2022-in ev sahibliyi hüququnu verdiyi Qətərdə həmin fəsildə havalar çox isti keçir.
Qeyd edək ki, dünya çempionatları həmişə yayda keçirilsə də, FİFA-nın DÇ-2022-in ev sahibliyi hüququnu verdiyi Qətərdə həmin fəsildə havalar çox isti keçir.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0